Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 19-cu turdan təxirə salınmış oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sankt Pölten” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana və sonadək oynayıb.
Oyundan sonra “Qarabağ”ın futbolçuları avtobusda qələbəni qeyd ediblər. Klubun əcnəbi futbolçuları “Qarabağ” şüari səsləndirməklə mahnı oxuyublar.
Qeyd edək ki, “Qarabağ” hazırda 38 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.