Bu mövsüm Fransa çempionluğunu rəsmiləşdirən PSJ yeni qapıçı axtarışlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, məşhur agent Mino Rayola Paris klubuna maraqlarını təmsil etdiyi "Milan"lı Canluici Donnarummanın xidmətlərini təklif edib. 19 yaşlı qolkiperə 70 milyon avro qiymət qoyulub.
Amma PSG-nin əsas məqsədi Yan Oblak (Atletiko) və Alisson Bekerdir (Roma). Oblakın buraxılış qiyməti 100 milyon avrodur. Parislilər onu heyətə qatmaq üçün bu mövsüm "Valensiya"ya icarəyə verdiyi Qonzalo Quedeşi də Madrid klubuna göndərməyi düşünür.
PSJ-nin digər hədəfi isə "Çelsi"nin qapıçısı Tibo Kurtuadır.