Kiprin "Anortosis" klubu "Qəbələ"dən icarəyə götürdüyü Araz Abdullayevin transfer hüququna sahib çıxamayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Kipr mətbuatı (Goal.philenews.com) məlumat yayıb. "Qəbələ" 26 yaşlı yarımmüdafiəçi üçün 150 min avro tələb edib. Bu məbləği Famaqusta klubu ödəmək niyyətində deyil. Bu səbəbdən Kipr təmsilçisi mövsümün sonunda Abdullayevlə yollarını ayıracaq.
Qeyd edək ki, millimizin üzvü mövsümün əvvəlindən "Anortosis"də çıxış edir.