Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib.
Sportarena.az xəbər verir ki, norveçli qrossmeyster yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib. Ötən gün Karlsen 1 saata yaxın basketbol meydançasında məharətini göstərib.
Bu gün saat 18:30-da başlayacaq “ShamkirChess2018” superturnirinin açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacacaq.