UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Sportarena.az xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.
Oyun aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.