"Neftçi” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu komandalar indiyədək 4 kubok görüşündə üz-üzə gəlib. İlk üç qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həm 2013/2014 mövsümündəki final matçında, həm də 2015/2016 mövsümündəki yarımfinalda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Hər iki seriyada "Neftçi” qələbə qazanıb. 2013/2014 mövsümündə kuboku başı üzərinə qaldıran “ağ-qaralar” 2015/2016-da finala yüksəlməyi bacarıb.
Sonuncu görüş isə aprelin 12-də yarımfinal mərhələsinin ilk oyun çərçivəsində Qəbələ şəhər stadionunda olub. Həmin qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, “Neftçi” - “Qəbələ” matçı bu gün 8-ci km stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.