İspaniya millisinin sabiq futbolçuları - Xavi Ernandes, Xabi Alonso, Raul Qonzales, Markos Senna, Albert Riera məşqçi olmaq qərarına gəliblər.
Sportarena.az xəbər verir ki, ulduz futbolçular məşqçi kursunu bitiriblər. Onlar UEFA-nın A və B məşqçi lisenziyasına yiyələniblər.
Xatırladaq ki, Raul, Senna, Riera və Alonso futbolçu karyerasını bitirib. Xavi isə Qətərin “Əl Sədd” klubunda top qovur.