Sumqayıtda ara qarışdı - Makimov rəqib futbolçunu vurmaq istədi - FOTO

18:43 18 Aprel 2018

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt” - “Keşlə” cavab oyununda qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, hadisə görüşün 70-ci dəqiqəsində, meydan sahiblərinin futbolçusu Bəxtiyar Həsənalızədinin Bakı klubunun üzvü Sezar Meza Kolliyə qarşı aşkar kobudluğundan sonra yaşanıb. “Keşlə”nin baş məşqçisi Yuri Maksimov Bəxtiyarın bu hərəkətinə sərt qarşılıq verib.

 

Ukraynalı mütəxəssis əvvəlcə futbolçunu təpiklə vurmaq istəsə də, zərbəsi hədəfə dəyməyib. Məşqçi daha sonra Həsənalızadəni itələyib. Bundan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakimlərin məsələyə müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Baş hakim Əliyar Ağayev Maksimovu texniki zonadan kənarlaşdırıb.

 

Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada hesab 1:1-di. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun “Keşlə”nin minimal hesablı qələbəsi ilə nəticələnib.


Digər xəbərlər

Xəbər xətti