16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Makedoniya komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qələbə qazanıb.
Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiya komandasına qarşı keçirəcək.