Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" matçından sonra (1:3) oyunun keçirildiyi "Bakcell Arena"nın dəhlizində gərgin anlar yaşanıb.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu İqnasio Errera ilə qonaqların yarımmüdafiəçisi Filip Ozobiç arasında gərgin anlar yaşanıb. Futbolçular hətta əlbəyaxa etməyə belə yaxın olublar. Ancaq hər iki klubun nümayəndələri onları çətinliklə də olsa, ayıra bilib.
Qeyd edək ki, iki oyunun cəmində qələbə qazanan "Qəbələ" finala adlayıb.