Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” (1:3) görüşündən sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Kubokda kim çox səhv edirsə, o da məğlub olur. Hesabı açandan sonra komandada arxayınlıq yarandı. Bunun da nəticəsində məğlub olduq. Komanda yalnız son 10 dəqiqədə istədiyim futbolu oynadı. Ümumilikdə, meydanda istədiyim heç nə baş vermədi. Kubokla vidalaşdıq. Fikrimizi çempionata yönəltməliyik. 3-4-cü yerlər uğrunda mübarizə aparmalıyıq.
- Bəlkə, ilk oyundakı qələbə komandada arxayınlıq yaratmışdı?
- Ümumilikdə, ən optimal heyəti meydana buraxmışdım. Top saxlamaq istəyirdik. Cinahlardan hücuma kömək olmadı. Ola bilər ki, son iki oyundakı qələbə arxayınlıq yaratmışdı. Əvvəldə bunu görmədim, amma hesabı açdıqdan sonra komanda boşluqlar buraxdı. “Qəbələ”nin hücum xətti çox güclüdü.
- Komandanı çempionatda gərgin mübrizə gözləyir. Kubokda mübarizəni komandanın motivasiyasına necə təsir edəcək?
- Çalışacağlq ki, fərziyyələrə uymayaq. Mən münəccim deyiləm. Başqa bir qapı açıla bilər. Çalışacağıq, artıq bu oyunu unudaq və fikrimizi tamamilə çempionata yönəldək. Qışdan əvvəl də komandada ruh düşkünlüyü var idi. Bunu aradan qaldıra bilmişdik. Çempionata köklənmədə problem olmayacaq.
- Ruslan Abışov penalti epizodundan sonra əvəzlənməyini istəyirdi, amam siz onu meydanda saxladız...
- Komandanın liderini həmin məqamda əvəz etmək düzgün deyil. Futbol səhvlər üzərində qurulub. Buna görə də onun meydanda qalmasını istədim. Bir oyunla hər şey bitmir. Onun qarşıda futbol həyatı var.
- Çempionatdan da avrokuboka vəsiqə qazana bilməsəz, istefa verəcəksiz, yoxsa rəhbərliyin qərarını gözləyəcəksiz?
- İstefa verəcəm.