Cavid Hüseynov: "Deyirdilər ki, siz "Roma" və ya "Yuventus" deyilsiz ki..."

10:31 19 Aprel 2018

"Qəbələ"ni kapitanı Cavid Hüseynovun Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə qalib gəlib (3:1) finala yüksəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:


- Matç barədə fikirləriniz...
- Hər şey özümüzdən asılı idi. Bəziləri bizi ciddiyə almırdı, deyirdilər ki, siz "Roma" və ya "Yuventus" deyilsiz ki, geridönüş edəsiz. Amma şükürlər olsun, əziyyətimizin, alın tərimizin sayəsində bu nəticəni əldə etdik və finala yüksəldik. Bizə inanan azarkeşlərə təşəkkür edirəm.

- İlk oyunla cavab bugünkü arasında cəmi bir həftə vaxt oldu. Bu müddətdə nə dəyişdi?
- Bir qədər psixoloji eniş yaşayırıq. Futbolçuların gücü var, oynamaq istəyirdilər. Sadəcə, alınmırdı. İlk oyuna yaxşı hazırlaşsaq da, bəxtimiz gətirməmişdi. Bu gün daha istəkli idik, meydanda istədiyimizi edə bilirdik.

- Oyunun starında çox aqressiv idin. Bu, nə ilə bağlı idi?
- İki epziod var idi və heç birində qayda pozuntusundan söhbət gedə bilməzdi. Bunlara görə etiraz etdim, sonra isə hər şey qaydasında idi.

- İkinci penaltini Monroza jest etdin və o, qapını dəqiq nişan ala bilmədi. Sanki üərksiz vermişdin...
- Yox, ürəksiz vermədim.  Monroz birinci penaltini yerinə yetirmək istəyirdi, amma risk etmədim. Penaltiləri mən vururam və birincini Monroza verə bilməzdim, məsuliyyəti öz üzərimə götürdüm. İkincidə isə hesabda irəlidə idik, amma vura bilmədi.

- İkinci penaltini Moroza verdiyinə görə peşman olmadın?
- Yox. Sadəcə, komanda yoldaşlarım etiraz etdilər ki, niyə özün vurmadın? Komanda yoldaşımdı, Monrozun da xətrinə dəymək istəmədim.

- Kubokun finalı Qəbələdə keçiriləcək. Bu, sizin üçün əlavə motivasiyadı?
- Üzərimizdə təzyiq olacağını düşünmürəm. Bu, finaldı, bir oyundan ibarətdi və rəqibimiz güclüdü. Ciddi hazırlaşacağıq, kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

- Həftəsonu çempionatda "Neftçi" ilə qarşılaşacaqsınız. Paytaxt klubunun meydanda revanş üçün çıxacağını düşünmürsən?
- Əlimizdən gələni edəcəyik.

- Finalın maraqsız olacağı ilə bağlı söz-söhbətlər dolaşır.
- Əslində, final bu gün oldu. Həqiqətən finala bərabər həyəcan, intriqa var idi. Komandaların istəyi də finala bərabər idi.

- Oyunun gedişində baş məşqçidən əvəzlənməyini istədin. Nə baş vermişdi?
- Belimdə ağrılar var idi. Bir müddət keçəndən sonra hər şey yoluna düşdü və mıəşqçiyə tələsməməyi məsləhət gördüm. 


Digər xəbərlər

Xəbər xətti