Məmmədyarov Karlsenin duelində "sülh" - YENİLƏNİB

23:56 19 Aprel 2018

Bu gün mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri start götürüb.

 

Sportarena.az xəbər verir ki, beşinci dəfə keçirilən turnirin ilk turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşıb.

 

İsveçrə sistemiylə keçiriləcək turnir 9 turdan ibarət olacaq.



Shamkir Chess 2018, 1-ci tur

19 aprel
Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) 0,5:0,5


Digər xəbərlər

Xəbər xətti