Araz Abdullayev: "İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq"

15:20 19 Aprel 2018

Kiprin "Anortosis” klubunda çıxış edən millimizin üzvü Araz Abdullayev ad gününü qeyd edib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşı tamam olan yarımmüdafiəçinin doğum günü məşqən əvvəl qeyd edilib. Abdullayev ad günü törəninin təşkili ilə bağlı kluba təşəkkür edib və bunları deyib:

 

"Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına dörd oyun qalıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".


Digər xəbərlər

Xəbər xətti