"Çelsi"nin futbolçusuna sərt cəza

16:08 19 Aprel 2018

İngiltərə Futbol Federasiyası “Çelsi”nin futbolçusu Markos Alonsoya sərt cəza verib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa çərçivəsində baş tutmuş “Sautqempton”la matçda (3:2) rəqib futbolçu Şeyn Lonqa qarşı sərt hərəkət edən ispan futbolçu 3 oyunluq cəza alıb.

 

27 yaşlı futbolçu çempionatda “Bernli” və “Suonsi”, Federasiya kubokunda isə “Sautqempton”la görüşləri buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti