"Milan" yeni maliyyə mənbəyi axtarışındadır.
Sportarena.az xəbər verir ki, bütün maliyyə planlarını Çempionlar Liqasına vəsiqə qazanmaq üzərində quran "rossonerilər" turnirə vəsiqə qazanmaq imkanını itirib. İtaliya mətbuatının məlumatına görə "Milan"ın prezidenti Li Yonhonq 300 milyon avro borcu ödəməsə, "Elliott Management" kluba zamin duracaq.
Maliyyə feir-pleyi qaydlarının pozulması ilə bağlı cəza da qaçılmazdır. Maliyyə dəstəyi kluba müəyyən mənada kömək edə bilər. Amma cərimə və xərclərə nəzarət ehtimalı böyükdür.