FİFA transfer qaydalarını pozan klubları cəzalandırdı

18:31 19 Aprel 2018

FİFA transfer qaydalarını pozduğuna görə Portuqaliya nəhəngləri “Benfika” və “Sportinq”i cəzalandırıb.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, “Benfika” 132 min, “Sportinq” isə 92 min avro məbləğində cəzaya layiq görülüb. İspaniyanın “Selta” klubu da oxşar cəzaya məruz qalıb. Viqo təmsilçisi 65 min İsveçrə frankı məbləğində cəza alıb.

 

Bundan başqa, İspaniyanın Sequnda təmsilçisi “Rayo Valyekano” və Qətərin “Əl Ərəbi” klubları da oxşar cəzalara məruz qalıblar.

 

İndoneziya Futbol Federasiyası da transfer qaydalarının pozulması ilə bağlı cəzadan yan qaça bilməyib. Federasiya 30 min İsveçrə frankı məbləğində cəzaya layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti