MOİK qalib gəldi, liderdən növbəti xal itkisi

00:24 20 Aprel 2018

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 24-cü tura start verilib.

Komanda.az xəbər verir ki, lider “Qaradağ Lökbatan”ın 3-cü pillədəki “Şüvəlan”la qarşılaşması heç-heçə başa çatıb - 1:1. "Mil-Muğan"la "Zaqatala"nın görüşündə isə hesab açılmayıb.

MOİK səfərdə "Ağsu"nu 3:1 hesabıyla üstələyib.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Birinci divizion, 24-cü tur

19 aprel

Mil-Muğan - Zaqatala 0:0

 

Şüvəlan - Qaradağ Lökbatan 1:1

Qol: Mübarək Şaquliyev, 14 - Ruslan Tağızadə, 72.

 

Ağsu - MOİK 1:3

Qol: Malik Babayev, 59 - Ayaz Mehdiyev, 50. Orxan Həsənov, 82. Timur Dadaşov, 90+1.


Digər xəbərlər

Xəbər xətti