2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Sportarena.az xəbər verir ki, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.
Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə, Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.
Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:
Şabiyev Kamran - Vətən
Fərzəliyev Fərrux - Vətən
Tanırverdiyev Bəhruz - Vətən
Rəhimov Mirismayıl - Qarabağ
Vəliyev Vüsal - Vətən
Həsənov Rəşad - Keşlə
Əbilov Əbil - Keşlə
Kazımov Kamal - Qəbələ
Baxşəliyev Mehrac - Qəbələ
Cabbarov Ayxan - SAVEDALENS İF (İsveç)
Qənbərov Vüsal - Technofootball FK (İspaniya)
Mədətov Ülvü - Qəbələ
Damadayev Süleyman - Qəbələ
Hüseynov Cəlal - Zirə
Əsədov Gülağa - Zirə
Mirzəzadə Vüsal - Qəbələ
Əliyev Elnur - Qarabağ
Həsənov Vaqif - Keşlə
Cəfərov Nihad - Neftçi
Səmədov Ümid - Kəpəz
Seyfullayev Həsən - Kəpəz
23.04.2018
16:00. Türkiyə-2 - Azərbaycan
25.04.2018
16:00. Gürcüstan - Azərbaycan
27.04.2018
17:00. Türkiyə - Azərbaycan