Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Alina Nəhmədova vurub. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.