Bu gün Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, səfər Azərbaycanda olan “Beşiktaş” azarkeşləri ilə görüş üçün nəzərdə tutulub. Səfər çərçivəsində Fikrət Ormanın iştirakı ilə futbol turniri də keçiriləcək. Bundan başqa məcburi köçkünlərin övladlarına “Beşiktaş” formaları hədiyyə ediləcək.
Klub prezidenti axşam saatlarında İstanbula geri dönəcək. (Yenicag.az)