Argentinanın “Boka Xuniors” klubunun “Yuventus”un qapıçısı Canluici Buffonu transfer etmək istədiyini xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, Argentina klubunun baş məşqçisi Gilyermo Barros Skeletto 40 yaşlı italyan qolkiperlə maraqlandıqlarını təsdiqləyib:
“Klubumuzun prezidenti mənə Buffona təkliflə müraciət edildiyini bildirdi. Amma bu məsələni indi yox, mayın 17-dən sonra oturub müzakirə edəcəyik”.
Qeyd edək ki, Buffonun “Yuventus”la müqaviləsi mövsümün sonunda bitir.