Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, “Neftçi” ötən həftə məğlub etdiyi “Yasamal”la üz-üzə gəlib.
Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Nəticədə, “Yasamal” cari mövsümdə ilk dəfə “Neftçi” ilə dueldən xalla ayrıldı. Əvvəlki 3 oyunda “Neftçi” qələbə qazanmışdı: 4:1, 6:2, 6:2.
Yüksək Liqa, 15-ci turun oyunu
21 aprel
Neftçi İK – Yasamal FK 3:3
Qollar: T.İsmayılov, 5:05. R.Balakişiyev, 11:55. V.Xocayev, 39:34 - M. Cahandost, 8:27, 29:08. S.Cavid, 13:36.
Turnir cədvəli: Araz – 59, Marafon Futsal – 43, EKOL – 35, Neftçi İK – 29, İtaldizain Futsal – 23, Yasamal – 16, Xəmsə - 2.
Bombardir: Bolinya (“Araz”) – 30 qol.