Futbol üzrə İspaniya Kubokunun final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, həlledici oyunda “Sevilya” və “Barselona” klubları qarşılaşıb. Kataloniya təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edərək, baş mükafata sahib çıxıb.
Qeyd edək ki, bu, “Barselona”nın Kral Kubokunda 30-cu belə zəfəridi. Kataloniya təmsilçisi bu baxımdan rekorda sahibdi. Onların ən yaxın izləyicisi 23 dəfə bu kuboku qazanmış “Atletik”di. Madrid “Real”ı isə Kral Kubokunu 19 dəfə qazanıb.
Sevilya – Barselona 0:5
Qol: L.Suares, 14; 40. Messi, 31. İnyesta, 52. Koutinyo, 69-pen.