Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları başa çatıb.
Sportarena.az xəbər verir ki, bu gün 3 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edib. Görüşdə qalib müəyyənləşməyib.
Turun maraqla gözlənilən qarşılaşmaları isə axşam saatlarında keçirilib. "Qarabağ" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Ağdam klubu qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.
Günün daha bir maraqla gözlənilən oyunu "Bakcell Arena"da keçirilib. 4 gün əvvəl sözügedən stadionda "Neftçi"ni ölkə kubokunun finalından məhrum edən "Qəbələ" "ağ-qaralar"ın qonağı olub. Əyalət təmsilçisi bu dəfə qələbə qazana bilməyib. Paytaxt klubu isə qələbə qazanmaqla həm revanş alıb, həm də dünən "Keşlə"yə məğlub olan "Zirə"ni turnir cədvəlində ötərək dördüncü pilləyə yüksəlib. Tərlan Əhmədovun komandası 3-cü sıradakı "Sumqayıt"dan 2, 2-ci "Qəbələ"dən 5 xal geri qalır.
Topaz Premyer Liqası, 24-cü tur
22 aprel
17:00 Səbail - Kəpəz 1:1
Qol: Faruk Miya, 24 - Dario Federiko, 19.
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “Bayıl Arena”
19:00 Neftçi - Qəbələ 1:0
Qol: Ruslan Abışov, 4.
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. 8-ci km stadionu
19:00 Sumqayıt - Qarabağ 0:1
Qol: Dani Kintana, 34.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu
21 aprel
16:00 Keşlə - Zirə 2:1
Qol: Andre Klenonnan, 49. Vaqif Cavadov. 69. - Milan Duriç, 26