"Çelsi" finalda "Mançester Yunayted"ə rəqib oldu - YENİLƏNİB

03:44 23 Aprel 2018

Futbol üzrə İngiltərə Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə “Mançester Yunayted”lə “Tottenhem” qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada Mançester klubu sevinən tərəf olub. Baxmayaraq ki, görüşdə hesabı London təmsilçisi açıb. Əzmkar qələbə “qırmızı şeytanlar”ı ilk finalçı edib.

 

Digər yarımfinalçının adına “Çelsi” - “Sauthempton” matçında aydınlıq gəlib. London klubu 2:0 hesablı qələbə qazanaraq həlledici oyuna vəsiqə qazanıb. 

 

Final görüşü mayın 19-da, "Uembli" stadionunda keçiriləcək.

 

İngiltərə Kuboku, 1/2 final

21 aprel

Mançester Yunayted – Tottenhem 2:1

Qol: Sançes, 24. Herrera, 62 - Alli, 11.

 

22 aprel

18:00 Çelsi - Sauthempton


Digər xəbərlər

Xəbər xətti