“Football Leaks” futboldakı korrupsiya ilə bağlı yeni məlumatlar yayıb.
Sportarena.az xəbər verir ki, bu dəfə diqqət mərkəzində “Real”ın futbolçusu Kriştiano Ronaldo olub. Yeni məlumatlara görə, portuqaliyalı hücumçu Lüksemburqda ofşor zonada qeydiyyatda olan bir neçə oteldə paya sahib olub. Onun əsas şirkətləri isə Britaniya tacının himayəsində olan Cersi adasında yerləşir. Ronaldonun doldurduğu vergi bəyannamələrində Cersi adasındakı şirkətlər barədə heç bir məlumat yoxdu.
İddia olunur ki, Ronaldo vergidən yayındırdığı vəsaiti Lüksemburqda və Cersi adasında “yuyub”.