Tayson Ərdoğanla görüşmək istəyir

15:46 22 Aprel 2018

Boks dünyasının canlı əfsanəsi, Mayk Tayson Türkiyəyə gəlir.

 

Sportarena.az xəbər verir ki, əfsanə bokscu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana salam göndərərək onunla şəxsən tanış olmaq istədiyini dilə gətirib:

 

"Oktyabr ayında Türkiyəyə gəlməyi planlaşdırıram. Türkiyədə şəxsən prezident Ərdoğanla görüşmək istərdim".

 

Xatırladaq ki, bu barədə Türkiyə mətbuatına türkiyəli müğənni Uğur İşılakın prodüser qardaşı Murad İşılak məlumat verib. Taysonla görüşdüyü deyən İşılak bu məsələdə ona köməklik edəcəyini vəd edib.


Digər xəbərlər

Xəbər xətti