Futbol üzrə Kipr çempionatında 33-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə çempionatın lideri olan Limassol “Apollon”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Araz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Geridə qalan turlarda 65 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.