Ruslan Abışov: "Vurduğum qolu balaca Ruslana həsr edirəm" - FOTO

11:24 23 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində dünən "Neftçi" "Qəbələ"ni qəbul etdi.

 

Sportarena.az xəbər verir ki. "ağ-qaralar" Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qol sayəsində qələbə qazandı. Ev sahiblərinin kapitanı cərimə zərbəsindən baxımlı qol vurduqdan sonra maraqlı qol sevinci ilə yadda qaldı. Abışov futbol dünyasında kifayət qədər populyar olan və yeni doğulan körpələrə həsr edilən qol sevincini yaşadı. Millimizin üzvünün bu qolu kimə həsr etdiyi maraq doğurmaya bilməzdi. 

 

Ruslan oyundan sonra keçirilən brifinqdə bu barədə açıqlama da verib:

 

"4 gün əvvəl böyük qardaşım Sərxanın oğlu olub. Adını da mənim adımı qoyublar. Vurduğum qolu balaca Ruslana həsr edirəm". 



Digər xəbərlər

Xəbər xətti