İngilis futbolçuların xanımlarına bədxəbər

17:50 23 Aprel 2018

İngiltərə millisində çıxış edən futbolçuların həyat yoldaşları və rəfiqələri Rusiyada keçiriləcək dünya çempionatına getmək üçün 10 min funt ödəməlidir.

 

Sportarena.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (FA) onların xərclərini qarşılamaqdan imtina edib. Qadınlar bu qərardan narazı qalıb. Bundan başqa onlar futbolçuların qaldığı mehmanxanada yerləşə bilməyəcək. Federasiya hesab edir ki, bununla milli üzvlərinin diqqətini mundiala daha yaxşı yönəldə biləcək. Bu təcrübə 2016-cı il Avropa çempionatında tətbiq olunmuşdu.

 

Artıq qadınların bəzisi harda qalacağına da qərar verib. Dele Allinin rəfiqəsi, Ceymi Vardinin həyat yoldaşı və Harri Keynin nişanlısı Sankt-Peterburqda yaşamağı planlaşdırır. 


Digər xəbərlər

Xəbər xətti