Aprelin 23-də «Bakcell U-17 Liqası»nda 29-cu turun oyunları keçirildi. Lider «Qəbələ» Qəbələdə «Zirə»ni məğlub edərək çempionatın başa çatmasına 4 tür qalmış çempionluğunu rəsmiləşdirdi. «Qəbələ»nin ən yaxın izləyicilərindən olan və medallar uğrunda mübarizə aparan 4 komandadan yalnız «Qarabağ» məğlub oldu. İmişlidə austayderlər qrupunda yer alan komandaların mübarizəsində isə qonaqlar qalib gəldilər.
29-cu tur
«Sumqayıt» - «Qarabağ» 2:1
Qollar: Nihad Quliyev (avtoqol), 46; Cavidan Abbaszadə, 58 – Babək Kərimov, 86
«Keşlə» - «Xəzər Lənkəran» 8:1
Qollar: Uğur Cahangirov, 18, 32, 37; Kənan Əsədli, 34; Ceyhun Nuriyev, 39, 69; Samir Abdullayev, 48; Musa Səmədov, 75 - Qədir Həsənov, 4
«Neftçi» İK İB – «Neftçi» 0:2
Qollar: Vüsal Əsgərov, 48; İsmayıl Zülfüqarlı, 85.
«Qəbələ» - «Zirə» 3:0
Qollar: Məhəmməd Məhərrəmli, 2; İdris İnqilablı, 68; Nazim Həsənzadə, 87.
«Kəpəz» - «Səbail» 0:1
Qol: Xəlil Bəşirov, 82
«Mil Muğan» - «Ağsu» 1:2
Bu oyunun protokolunu əldə edə bilmədiyimiz üçün qolların müəlliflərinin adlarını müəyyənləşdirə bilmədik.
U-17 Liqasında 30-cu turun oyunların aprelin 30-da keçiriləcək: «Sumqayıt» - «Kəpəz», «Qarabağ» - «Qəbələ», «Zirə» - «Mil Muğan», «Ağsu» - «Neftçi» İK İB, «Neftçi» - «Keşlə», «Xəzər Lənkəran» - «Səbail». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 24 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.
«Het-trik news» qəzetinin layihəsi