2018-ci il dünya çempionatı ilə əlaqədar Rusiyaya gələcək ilk komanda müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Vitali Mutko bildirib.O, İran yığmasının digər komandalardan daha tez – iyunun 5-də ölkəyə təşrif buyuracağını söyləyib. İranlılar Moskva ətrafında Bakovka mikrorayonunda məskunlaşacaqlar.
Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İran millisi İspaniya, Portuqaliya və Mərakeş yığmaları ilə birgə B qrupunda yer alıb.