Salaha torpaq sahəsi hədiyyə edildi - Məkkədə

11:51 25 Aprel 2018

Səudiyyə Ərəbistanı hökuməti "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Məkkə şəhərinin bələdiyyə şurasının rəhərinin müavini Fəht Ər-Rouki "Əl Vətən" qəzetinə açıqlamasında məlumat verib. Krallığın hakimiyyəti Salaha İngiltərə çempionatında göstərdiyi yaxşı oyuna və rekord göstəricilərə görə torpaq sahəsi ayırmaq qərarına gəlib.

 

Ər-Rouki həmçinin misirli futbolçunun ərəb və Səudiyyə gənclərinə müsbət təsiri olacağını, eləcə də oyunçunun Böyük Britaniyadakı bütün müsəlmanların səfiri olduğunu qeyd edib. 


Digər xəbərlər

Xəbər xətti