"Real"ın sabiq futbolçusu Azərbaycandan təklif aldığını açıqladı

12:21 25 Aprel 2018

Çili millisinin sabiq futbolçusu İvan Samorano Azərbaycandan təklif alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssisin özü açıqlama verib. ABŞ telekanalında şərhçi kimi çalışan veteran futbolçu məşqçi kimi Azərbaycan və Çindən təklif aldığını bildirib. Lakin o, bu təklifləri hələlik cavabsız qoyub.

 

Qeyd edək ki, İvan Samorano 1987 – 2001-ci illərdə oynadığı Çili yığmasında 69 qarşılaşmada 34 qol vurub. Ötənlərin məşhur hücumçusu vaxtı ilə İspaniyanın “Sevilya”, “Real”, İtaliyanın “İnter” klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti