“Çelsi”nin azarkeş telekanalının xanım aparıcısı Sofi Rouz komandanın baş məşqçisi Antonio Konteni istefaya səsləyib.
Sportarena.az xəbər verir ki, həmişə açıq-saçıq fotoları ilə gündəmə gələn aparıcı bu dəfə Konteni istefaya səsləməklə diqqət mərkəzinə düşüb. O, Konte barədə ağır ifadələr işlədib. Rouz italyan mütəxəssisin komandadan getməli, onu Joze Mourinyonun əvəzləməli olduğunu deyib.
26 yaşlı xanım aparıcı həm də, modellik edir. Onun “instaqram”da 82 minə yaxın izləyicisi var.