Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Fənərbaxça" - "Beşiktaş" çatçı ilə bağlı qərar açıqlanıb.
Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib. Qərara əsasən İstanbul derbisi təxirə salındığı 57-ci dəqiqədən etibarən azarkeşsiz davam etdiriləcək.
Qeyd edək ki, derbinin 57-ci dəqiqəsində hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı.