Bu gün futzal üzrə Azərbaycan kubokuna start verilib.
Sportarena.az xəbər verir ki, 14 komandanın mübarizə apardığı yarışın ilk günündə 1/8 final mərhələsinin görüşləri baş tutub. “Olimpik Star”da keçirilən 6 oyundan sonra VİP, EKOL, “İtaldizain”, “Yasamal-2”, ADBTİA və “Hell Energy” 1/4 finala vəsiqə qazanıb. Yüksək Liqada ilk 2 pilləni tutan “Araz” və “Marafon Futsal” isə mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayacaq.
Baş tutan oyunlar arasında Yüksək Liqa klublarından “Neftçi”nin VİP-yə, “Yasamal”ın isə “İtaldizain”a uduzaraq mübarizəni dayandırması diqqətçəkən olub.
Azərbaycan kuboku, 1/8 final
25 aprel
VİP FK – Neftçi İK 3:1
İtaldizain Futsal – Yasamal 8:7
EKOL - Gilan 13:3
ADBTİA - Avanqard 7:1
Romana – Yasamal-2 8:9
Standard – Hell Energy 3:5
Beləliklə, ölkə kubokunun 1/4 final mərhələsində aşağıdakı çütlüklər qarşılaşacaq:
Araz - Yasamal-2
Marafon Futsal - İtaldizain Futsal
VİP FK – EKOL
Hell Energy - ADBTİA