Asiyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, "Tottenhem"in vingeri Son Hın-Min qitənin ən yaxşı oyunçusu seçilib. Cənubi Koreya millisinin üzvü 3-cü dəfə bu mükafata sahib olub.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 33 oyundan sonra 12 qol vurub.