Beşiktaş"ın qapıçısı Aqosto Fabrisio Ramires ölkəsi İspaniya klubunun transfer hədəfində yer alıb.
Sportarena.az xəbər verir ki, İstanbul klubunda göstərdiyi performansla diqqətləri üzərinə çəkən ispan qolkiperi "Selta" və "Espanyol" klubları heyətinə qatmaq üçün mübarizə aparırlar. İspaniya mətbuatında yer alan xəbərə görə, futbolçunun agenti ilə də görüş baş tutub.
Qeyd edək ki, Fabrinin "Beşiktaş"la müqaviləsi 2019-cu ilin yayına qədərdir. 30 yaşlı ispaniyalı əlcək sahibi 2016-cı ildən "qara qartallar"da çıxış edir.