"Bavariya"nın futbolçusu mövsümü başa vurdu

17:14 26 Aprel 2018

Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunun əvvəlində zədələnərək meydanı tərk edən "Bavariya"nın müdafiəçisi Jerom Boatenqin durumu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu mövsümün yerdə qalan matçlarında iştirak etməyəcək. Budundan zədələnən müdafiəçi mundialda Almaniya millisinə kömək etməmək ehtimalı da var.

 

Qeyd edək ki, "Bavariya" "Real"a 1:2 hesabıyla uduzub. Cütün cavab matçı mayın 1-də Madriddə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti