"Roma" Salahı "Liverpul" UEFA-ya görə satıb - AÇIQLAMA

18:16 26 Aprel 2018

"Roma" klubunun idman direktoru Ramon Monçi komandanın sabiq futbolçu Məhəmməd Salahı "Liverpul" satmalarının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 50 yaşlı funksioner bu addımı UEFA-nın tələbləri üzündən satmağa məcbur olduqlarını bildirib.Monçi deyib ki, 2017-ci il iyunun 30-dək bu satışı həyata keçirməsəydilər, indi Çempionlar Liqasının yarımfinalında oynamazdılar:

 

"Hesablarımız UEFA-nın sərt nəzarəti altında idi. "Roma"ya gəldiyim vaxt Salahdan ötrü 30 milyon avro təklif edirdilər. Amma biz sonradan bonusları nəzərə almaqla məbləği 50 milyon avroya qaldırdıq. Həmin vaxt optimal qərar qəbul etdik. Mən gözləmirdim ki, bundan sonra transfer bazarı ağlını itirəcək".

 

Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 43 qol vurub. Bunlardan 2-si Roma ilə Çempionlar Liqasının ilk yarımfinal oyununa təsadüf edib. Salah həmin görüşd 2 məhsuldar ötürmənin də müəllifi olub. Görüş Liverpool-un 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Roma mayın 2-də keçiriləcək cavab görüşündə ən azı 3 cavabsız top vurmasa, mübarizəni dayandıracaq.


Digər xəbərlər

Xəbər xətti