U-16 Liqası: "Qəbələ" vaxtından əvvəl çempion oldu

13:34 27 Aprel 2018

Dünən U-16 Liqasında 29-cu turun 3 oyunu keçirilib. Lider «Qəbələ» Qəbələdə «Qarabağ»ı məğlub edərək birinciliyin başa çatmasınad 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Digər 2 oyunda «Neftçi» və «Turan» rəqiblərini böyük hesabla məğlub ediblər. Srağagün isə «Vətən» səfərdə «Zirə»ni 3 cavabsız qolla məğlub etmişdi.

 

Tura bu gün «Sumqayıt» - «Keşlə» matçı ilə yekun vurulacaq. Oyun «Kapitalbank Arena»da baş tutacaq və saat 14:00-da başlayacaq. Meydan sahiblərindən Şahmar Abbaszadə və Murad Həsənli, qonaqlardan isə Şirin Şirinov cəza səbəbindən oyunda iştirak edə bilməyəcək.

 

29-cu tur

«Səbail» - «Neftçi» 0:5

«Qəbələ» - «Qarabağ» 3:1

«Turan» - «Kəpəz» 3:0

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti