Azərbaycan Qran prisində ilk qəza baş verdi - FOTO

15:15 27 Aprel 2018

Formula 1 Azərbaycan Qran-prisində ilk qəza hadisəsi yaşanıb. 

 

Sportarena.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid divara çırpılıb və sol qabaq təkərində problem yaranıb. Onun bolidi trassdan evakuasiya olunub. 

 

Qeyd edək ki, saat 13:00-da start götürən sərbəst yürüşün bitməsi saat 14:30-a planlaşdırılsa da vaxtından xeyli tez başa çatıb.


Digər xəbərlər

Xəbər xətti