Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində “Liverpul”un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib. Misirli hücumçu 92 faiz səs toplayaraq, "Real"ın müdafiəçisi Marselonu qabaqlayıb.
Salah "Roma" ilə ÇL-in yarımfinal mərhələsinin ilk görüşündə (5:2) 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənmişdi.