Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko Çempionlar Liqasının finalını qəbul edəcək Kiyevin nə qədər qazanacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, funksioner dövlət büdcəsindən finalın baş tutacağı "Olimpiski" arenasına hər hansı vəsait ayrılmadığını qeyd edib. Pavelko Kiyev büdcəsindən stadionun rekonstruksiyası, şəhərin UEFA qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün 800 min avro ayrılacağını bildirib.
"Proqnozlara görə şəhər turnirin finalını keçirməyə görə 31.3 milyon avro gəlir əldə edəcək. Razılaşaq ki, bu qədər pula görə 800 min avro xərcləmək olar. Onsuz da Kiyevi "şəhər günü" münasibətilə də bəzəməli idik" - Pavelko deyib.