“Zirə”nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.
Sportarena.az xəbər verir ki, Nəzirov öncə oyun haqqında fikirlərini bölüşüb:
"Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Lakin sonda məğlub olduq. "Qara zolağ"a düşmüşük, çıxa bilmirik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik, ancaq oyunumuz alınmır".
O, son dəqiqələrdə buraxılan qolu və komandasının Avroliqa şanslarını şərh edib:
"Qarabağ"ın ən güclü oyunçuları son qolda öz sözünün dedi. Onların hər bir futbolçusu fərdi olaraq istedadlıdı və son nöqtəni qoymaqda ustadılar. Özünüzün də gördüyünüz kimi, vəziyyətimiz yaxşı deyil. Biz hər oyuna ümidlə çıxırıq. Qarşıda üç matçımız var. Ayxan Abbasov da bizimlə söhbət zamanı bildirib ki, hər nə olursa-olsun, sona qədər mübarizə aparacağıq.Qalan görüşlərdə də meydana çıxıb əlimizdən gələni edəcəyik".