La Liqada 35-ci tur başa çatdı - YENİLƏNİB

11:52 1 May 2018

İspaniya La Liqasında 35-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Levante” “Sevilya”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəni bayram edən tərəf olub.

 

Lider “Barselona” bazar günü meydana çıxacaq. Kataloniya təmsilçisi “Deportivo”nun qonağı olacaq. “Göy-qırmızlar” La Korunyadakı matçdan 3 xalla ayrılsa, çempionluğunu vaxtından öncə rəsmiləşdirəcək.

 

Lakin “Barsa” qalib gəlməsə belə, bu tur çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün “Atletiko” “Alaves” səfərindən qələbə ilə qayıtmamalıdı.

 

İspaniya La Liqası, 35-ci tur

27 aprel

Levante - Sevilya 2:1

 

28 aprel

15:00 Espanyol - Las-Palmas 1:1
18:15 Real Sosyedad - Atletik 3:1
20:30 Real - Leqanes 2:1
22:45 Vilyarreal - Selta 4:1

 

29 aprel

14:00 Xetafe - Jirona 1:1
18:15 Alaves - Atletiko 0:1
20:30 Valensiya - Eybar 0:0
22:45 Deportivo - Barselona 2:4

 

30 aprel

23:00 Betis - Malaqa 2:1


Digər xəbərlər

Xəbər xətti