Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.
Sportarena.az xəbər verir ki, ikinci yarış günündə Formula 2 sinfində birinci yarış, Formula 1 pilotlarının isə üçüncü praktiki sessiyası olacaq. Həmçinin, Formula 1-də təsnifat mərhələsi keçiriləcək.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedi. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdılar.