Bu gün İtaliya A Seriyasında 35-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda Çempiolar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Roma” “Kyevo”nu qəbul edəcək.
Turun mərkəzi matçı da bu gün keçiriləcək. ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “İnter” doğma meydanda lider “Yuventus”la qarşılaşacaq. Ötən turda evdə “Napoli”yə uduzan “qoca sinyora” Milanda 3 xal qazanmasa, bu turda ilk pillədəki mövqeyini itirə bilər.
Ancaq “Yuve” kimi ən yaxın izləyicisi “Napoli”ni də bu turda çətin səfər gözləyir. Neapol təmsilçisi “Fiorentina”nın qonağı olacaq.
İtaliya A Seriyası, 35-ci tur
28 aprel
20:00 Roma - Kyevo 4:1
22:45 İnter - Yuventus 2:3
29 aprel
14:30 Krotone - Sassuolo 4:1
17:00 Atalanta - Cenoa 3:1
17:00 Benevento - Udineze 3:3
17:00 Bolonya - Milan 1:2
17:00 Verona - SPAL 1:3
17:00 Sampdoriya - Kalyari 4:1
20:00 Fiorentina - Napoli 3:0
22:45 Torino - Latsio 0:1